Donald Tramp: İran liderlərinin başa düşdüyü yeganə şey bombalardır

ABŞ prezidenti Donald Tramp İran məsələsində danışıqların dalana dirənməsi fonunda “narahat, amma realist” mövqe sərgiləyir.

Bu barədə Axios nəşri onunla danışan bir müşavirə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp yaxın zamanda müşavirə deyib: “İran liderlərinin başa düşdüyü yeganə şey bombalardır”.

Müşavir bildirib ki, Tramp hərbi güc tətbiq etmək istəmir, lakin öz tələblərindən də geri çəkilmir. Onun sözlərinə görə, “onu narahat, amma realist kimi təsvir edərdim”.

Hesabatda qeyd olunur ki, bir sıra ABŞ rəsmiləri Vaşinqtonun İranla nə müharibə, nə də razılaşma olan “donmuş münaqişə”yə sürüklənə biləcəyindən narahatdır.

Mövsüm,

AzNews.az