- Ermənistan və Gürcüstan
- 14:20
- 1 602
Ermənistan bu kəndi Gürcüstana verəcək?
Ermənistan hökuməti sərhəd demarkasiyasının bir hissəsi olaraq Cilizə kəndinin Ermənistanın şimalındakı (Gürcüstanla həmsərhəd - red.) genişləndirilmiş Alaverdi icmasına verilməsi barədə şayiələri təkzib edib.
AzNews.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.
“Ermənistan Respublikasının suveren ərazisinin hər hansı bir hissəsinin başqa bir ölkəyə verilməsi niyyəti, proqramı və ya razılaşması ilə bağlı bəyanat, fikir və ya məlumat həqiqətə uyğun deyil”, - o bildirib.
Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə yanaşı, gündəliyə Gürcüstanla delimitasiya prosesinə yenidən baxılması da daxil edilib. Ermənistan mediası isə Gürcüstanla sərhəd yaxınlığında yerləşən və genişlənmiş Alaverdi icmasının bir hissəsi olan bu yaşayış məntəqəsinin demarkasiya prosesi zamanı başqa yerə köçürülməsinin nəzərdə tutulduğunu iddia edib.