İspaniyada 46 nəfərin öldüyü qatar qəzasının səbəbi açıqlanıb

İspaniyada yanvar ayında baş verən dəmir yolu qəzasına nasaz dəmir yolu səbəb olub.

"Mundo" qəzetibu barədə məlumat yayıb.

Nəşr bildirib ki, "relsdən çıxma və sonrakı qəza zədələnmiş relslər səbəbindən baş verib".

Materialda qeyd olunur ki, tapıntılar "yekun hesabat hazırlanana qədər ilkin xarakter daşıyır" və "araşdırma zamanı nəzərdən keçirilən fərziyyələri dəyişdirəcək yeni məlumatlar ortaya çıxa bilər" deyə bildirilib.

Mövsüm,

AzNews.az