DİN də məlumatı təsdiqlədi

"Əliyev dumanlı havada azaraq Ermənistan ərazisinə keçib"



Daxili İşlər Nazirliyi Azərbaycan vətəndaşının Ermənistanla sərhəddə itkin düşməsi barədə məlumatı təsdiqləyib.

Daxili İşər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun sözlərinə görə, Qazaxın Alpoud kənd sakini, 1972-ci il təvəllüdlü, lal-kar Telman Əliyev dumanlı havada Ermənistanla həmsərhəd ərazidə heyvan otararkən itkin düşüb.

Bu barədə polisə məlumat daxil olandan sonra araşdırma aparılıb və məlum olub ki, Əliyev dumanlı havada azaraq Ermənistan ərazisinə keçib.

AzNews.az