Hazırda cəbhəyanı bölgələrdə - Tərtər, Ağdam və Bərdənin Mərkəzi Rayon xəstəxanalarında da ən çətin əməliyyatların aparılması üçün hər cür şərait var. Hazırda cəbhəyanı bölgələrdə - Tərtər, Ağdam və Bərdənin Mərkəzi Rayon xəstəxanalarında da ən çətin əməliyyatların aparılması üçün hər cür şərait var.

Cəbhəyanı xəstəxanalarda əməliyyatların aparılması üçün şərait var - Nazirlik

Hazırda cəbhəyanı bölgələrdə - Tərtər, Ağdam və Bərdənin Mərkəzi Rayon xəstəxanalarında da ən çətin əməliyyatların aparılması üçün hər cür şərait var.


Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, Tərtər, Ağdam və Bərdənin Mərkəzi Rayon xəstəxanaları lazımi qədər qan ehtiyatı və dərmanlarla təmin edilib: "Hazırda qan ehtiyatı və preparatlarla bağlı heç bir problem yoxdur".

L.Bayramova deyib ki, hazırda həmin rayonlarda olan gücləndirilmiş tibbi briqadalar müxtəlif sahələr üzrə çox yüksək səviyyəli həkim mütəxəssislərdən ibarətdir.

Trend.az