- Köhnə - Cəmiyyət
 - 8 Aprel 2016 16:40
 - 6 654
 
“Bakinternet“ çökdü - Bəzi saytların fəaliyyəti iflic oldu
            Bu gün saat 12:30 radələrindən etibarən "Bakinternet" provayderində problem yaranıb.
AzNews.az xəbər verir ki, əsasən Yasamal rayonu ərazisində müşahidə olunan problem artıq 4 saata yaxındır ki, həll olunmur. İnternetin tamamilə kəsilməsi bəzi sahələrdə olduğu kimi, AzNews.az saytının da fəaliyyətinə iflic edib. Saat 13:00-da provayderdən problemin tez bir zamanda həll olunacağını bildirsələr də, üzərindən bir neçə saat keçməsinə baxmayaraq hələ də internetin verilişi bərpa edilməyib.