Meyitlərin qaytarılması ilə bağlı açıqlama: “Dialoq davam edir”

Cəbhə xəttində gedən ağır döyüşlərdə həlak olan hərbçilərin meyitlərinin döyüş meydanından götürülməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan və Ermənistan tərəfi ilə dialoqu davam etdirir.


Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, tərəflər arasında dialq hazırda davam etdirilir.

Erməni KİV-lərinin yaydığı məlumata görə, həlak olan hərbçilərin döyüş meydanından götürülməsi əməliyyatı bu gün də davam etdiriləcək.

Qeyd edək ki, cəbhə xətində gedən döyüşlərdə məhv edilən 21 erməni hərbçinin cəsədi düşmən tərəfinə verilib.

"Bu gün (10 aprel) bizim tərəfə 19 cəsəd, daha əvvəl isə 2 cəsəd verilib. Yəni, faktiki olaraq Azərbaycan tərəfindən 21 cəsəd almışıq"-deyə Qarabağ separatçılarının nümayəndəsi David Babayan bildirib.

azvision.az