Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr Küveyt kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr Küveyt kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub.

Təmas xəttində baş verənlər - Küveyt mediasında

Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr Küveyt kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub.


AzNews.az
xəbər verir ki, Azərbaycanın Küveytdəki səfirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, baş vermiş son hadisələr ilə bağlı Küveytin geniş oxucu kütləsinə malik olan ərəbdilli "Əl-Qabas", "Əs-siyəsə", "Əl-Ənbə",

"Əl-Ray", "Əl-Nahar" və ingilisdilli "Arab Times", "Kuwait Times" kimi gündəlik qəzetlərində, habelə "KUNA" xəbər agentliyi və digər kütləvi informasiya vasitələrində Ermənistan-Azərbaycan hərbi qüvvələri arasında güclü atışmalar nəticəsində hər iki tərəfdən onlarla hərbçinin həyatını itirməsi və barədə məlumatlar nəşr edilib.

Məlumatlarda aprel ayının 1-dən 2-nə keçən gecə 1994-cü ildə elan olunmuş atəşkəsin pozulması nəticəsində cəbhə xəttində məskunlaşan mülki əhalinin hədəfə alındığı, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatlarına əsasən Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərin ağır silahlardan intensiv atəşə məruz qaldığı, eyni zamanda ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulduğu, habelə Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi cavab xarakterli hərbi əməliyyatlar nəticəsində ölkəmizin işğal olunmuş ərazilərində separatçı qüvvələrinə və Ermənistan ordusuna ciddi xəsarətlər yetirildiyi qeyd olunub.

Bununla yanaşı, Azərbaycan ordusunun işğal altında olan bir neçə strateji yüksəkliklər üzərində nəzarəti bərpa etdiyi vurğulanmış, Ermənistan ordusunun atəşkəs rejimini pozmaqda davam edəcəyi təqdirdə onların darmadağın olunacağı bildirilib.

Eyni zamanda məlumatlarda atəşkəsin tezliklə yenidən bərpa olunması ilə bağlı dünyanın müxtəlif ölkələrinin dövlət başçılarının və beynəlxalq təşkilatların rəhbərlərinin Dağlıq Qarabağ regionunda atəşkəsin pozulmasından ciddi narahatlıq keçirdikləri və tərəfləri səbirli olmağa və atışmaları dərhal dayandırmağa çağırışları yer alıb.

Bununla yanaşı, Rusiya Federasiyasının vasitəçiliyi ilə tətəflər arasında 5 aprel 2016-cı il tarixindən etibarən qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə olunduğu və 8 aprel 2016-cı il tarixindən etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması barədə məlumatlar da öz əksini tapıb.

Məlumatlarda münaqişənin tarixi köklərinə nəzər salınaraq, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən atəşkəsin 1994-cü ildə qüvvəyə minməsi, sözügedən münaqişənin ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar yolu ilə həllinə səylərin göstərildiyi diqqətə çatdırılmış və BMT TŞ-nın qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi vurğulanıb.