Aprelin 15-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Aprelin 15-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Sabah yağış yağacaq

Aprelin 15-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 14-19, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq.