Daxili İşlər Nazirliyi Zərdab rayon Əlvən kənd sakini Əzimzadə Fariz Akif oğlunun Zərdab RPŞ-də dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda pul alaraq qaytarmayan şəxslə bağlı iddialarına münasibət bildirib. Daxili İşlər Nazirliyi Zərdab rayon Əlvən kənd sakini Əzimzadə Fariz Akif oğlunun Zərdab RPŞ-də dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda pul alaraq qaytarmayan şəxslə bağlı iddialarına münasibət bildirib.

DİN-dən Zərdabdakı 30 min manatlıq qalmaqala - Reaksiya

Daxili İşlər Nazirliyi Zərdab rayon Əlvən kənd sakini Əzimzadə Fariz Akif oğlunun Zərdab RPŞ-də dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda pul alaraq qaytarmayan şəxslə bağlı iddialarına münasibət bildirib.


Nazirliyin sözçüsü Orxan Mansurzadənin adından AzNews.az-a daxil olan məlumata görə, yazıda sözügedən şəxslə bağlı tədbir görülmədiyi barədə iddialar və polis əməkdaşları barədə səsləndirilən digər fikirlər əsassızdır və böhtan xarakterlidir: "Həqiqətən Zərdab şəhər sakini Vahid Abdullayev və Xırdalan şəhəri "Quşçuluq" yaşayış massivində yaşayan Fariz Əzimzadə bu il martın 25-də Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Zərdab şəhər sakini Orxan İsgəndərlinin xaricdən 50 000 manatlıq kənd təsərrüfatı ilə bağlı dərman preparatları gətirmək istədiyini, bunun üçün 30 000 manat dövlət rüsumuna görə pul lazım olduğunu bildirib. Şikayətçilər O.İsgəndərlinin onlardan ümumilikdə 30 000 manat pul aldığını, lakin xaricdən nə dərman preparatları gətirdiyini, nə də onların pulunu ödəməyərək dələduzluq etdiyini, pulu tələb edib istədikdə isə sonuncu şəxs tərəfindən təhqir olunduqlarını və ölümlə hədələndiklərini göstəriblər.

Ərizə əsasında şöbədə araşdırma aparılıb və adları çəkilən hər üç şəxsin, həmçinin O. İsgəndərlinin atası Yaşar İsgəndərlinin izahatları alınıb. Araşdırma zamanı məlum olub ki, həmin borc məsələsi ilə əlaqədar Zərdab rayon Məhkəməsinin, Şirvan Apelyasiya Məhkəməsinin müvafiq qərarları olub və hal-hazırda da həmin məsələ ilə bağlı işə Ali Məhkəmədə baxılır.

Yaşar İsgəndərli izahatında oğlu Orxanın Vahid Abdullayevdən dərman preparatları gətirmək adı ilə pul almadığını, 2014-cü il sentyabrın 2-də V.Abdullayevdən 15000 manat pulu hər ayı 12 faizə sələmə, yəni 2014-cü ilin dekabr ayının 2-də 20400 manat qaytarmaq üzrə aldığını, lakin sonuncunun təkidi ilə aralarında bağlanmış borc müqaviləsi zamanı həmin məbləği müqavilədə 30000 manat kimi qeyd etdiklərini göstərib. Y.İsgəndərli həmin vəsaitin 6500 manatının artıq Vahidə ödəndiyini, hazırda həmin məsələ ilə əlaqədar onların Ali Məhkəmədə işlərinin davam etdiyini və V.Abdullayevə borclu olduğu 13900 manatlıq hissəni də ödəyəcəyini göstərib.

Araşdırma zamanı Orxan İsgəndərlinin əməlində dələduzluğun, həmçinin real əsaslar olmadığından öldürməklə hədələmənin tərkibi olmadığından ərizədə qeyd olunan xüsusatlar təsdiqini tapmayıb. Ona görə Vahid Abdullayev və Fariz Əzimzadənin ərizəsi əsasında toplanmış material üzrə təhqiqat orqanı tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Şikayətçilərin tələbləri mülki iddia xarakterli olduğu üçün bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması hər iki şəxsə izah edilib, qəbul edilmiş qərarın surəti onlara göndərilib".

O. Mansurzadənin sözlərinə görə, şikayətçi nazirlik və rayon polis şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilib. Məsələ ilə bağlı Vahid Abdullayevin polislərdən heç bir tələbi və şikayəti olmayıb.