Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri vəzifəsinə təyin olunub. Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri vəzifəsinə təyin olunub.

Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri kimdir?

Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri vəzifəsinə təyin olunub.



Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən partiyanın sıralarında öz aktivliyi ilə seçilən YAP Siyasi Şurasının üzvü Təmraz Tağıyev uzun illərdir ki, partiyanın respublikada ilk özək təşkilatı olan Nərimanov rayon təşkilatına rəhbərlik edir. Təmraz Tağıyevin keçdiyi keşməkeşli həyat yolu onu daha da mübariz etmiş, müxalif partiyalarla çəkişmələrdə göstərdiyi prinsipial mövqeyi, haqlı və səmimi çıxışları ictimaiyyət tərəfindən həmişə böyük hörmət və ehtiramla qarşılanıb.

Təmraz Tağıyev YAP-dakı fəaliyyəti ilə yanaşı, çiyinlərində həm də Nərimanov Bələdiyyəsinin sədri kimi məsuliyyətli və çətin vəzifənin ağırlığını daşıyır. 2010-cu ildə Nərimanov bələdiyyəsinin sədri seçilmiş YAP Nərimanov Rayon təşkilatının sədri Təmraz Tağıyevin bu quruma rəhbərlik etdiyi ilk gündən Bələdiyyənin fəaliyyəti dirçəlib və əldə edilən uğurlar ilbəil yüksəlib.

Yüksək siyasi əqidəsi, təşkilatçılığı və işgüzarlığı ilə həmişə fərqlənən Təmraz Tağıyev harada işləməyindən asılı olmayaraq həm özünə, həm də rəhbərlik etdiyi işçilərə, eləcə də kollektivlərə qarşı tələbkar olmuş, tapşırılmış vəzifələrin həyata keçirilməsinə böyük məsuliyyətlə yanaşıb.

Məhz bunların nəticəsində YAP Nərimanov rayon təşkilatının və Nərimanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev daha bir etimada layiq görülərək, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 26 aprel 2016-cı il tarixdə keçirilən ümumi yığıncağında yekdil səsvermə ilə Assosiasiyanın sədri vəzifəsinə təyin olunub. Ona göstərilən bu etimad hamı tərəfindən, xüsusilə də Nərimanov rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb, ürəyincə olub.