Etibar Pirverdiyev struktur dəyişikliyi barədə əmrini ləğv etməyə məcbur olub. Etibar Pirverdiyev struktur dəyişikliyi barədə əmrini ləğv etməyə məcbur olub.

Etibar Pirverdiyev verdiyi əmri ləğv etdi - Kütləvi narazılıq (Yenilənib)

Etibar Pirverdiyev struktur dəyişikliyi barədə əmrini ləğv etməyə məcbur olub.


"Azərenerji"nin prezidenti Etibar Pirverdiyevin martın 16-da imzaladığı növbəti əmr barədə ötən saylaramızda məlumat vermişdik. Həmin məlumatda bildirilirdi ki, Etibar Pirverdiyevin imzaladığı əmrlə "Azərenerji"nin idarə aparatının tərkibindəki Enerjinəzarət Idarəsi, Əməyin Təhlükəsizliyi Xidməti, və Yanğından Mühafizə Xidməti ləğv edilib.

Onların yerinə baş mühəndisin funksional tabeçiliyində Enerjinəzarət Xidməti, Texniki şərtlərin verilməsi xidməti və Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istismara nəzarət xidməti yaradılsın.

Etibar Pirverdiyevin bu əmrilə qurumda kütləvi ixtisarlar baş verib. Məsələn, ləğv edilmiş Enerjinəzarət Idarəsinin 300 işçisi olub ki, onu əvəzləyən yeni struktura həmin işçilərdən cəmi 58 nəfəri götürülüb. Texniki şərtlərin verilməsi xidmətində isə 28 işçidən 3-ü saxlanılıb. Yanğından mühafizədə işçilərin sayı 4-dən 1-ə, istismara nəzarət xidmətində isə 14-dən 2-yə endirilib. Bir daha qeyd edək ki, yeni yaradalına strukturların işçilərin əvvəlki qurumlardan transfer olunub.

Dünən redaksiyamıza daxil olan xəbərə görə, Etibar Pirverdiyev sözügedən əmri ləğv edib. Məlumatda deyilir ki, "Azərenerji" prezidentinin bu əmri kütləvi narazılığa səbəb olub. Bundan narahat olan Etibar Pirverdiyev əmri ləğv etmək məcburiyyətində qalıb.

Azadliq.info

09:25
***
"Azərenerji"nin prezidenti Etibar Pirverdiyevin ləğv etdiyi qurumları bərpa etməsi barədə yayılan məlumata ASC-dən aydınlıq gətirilib.

Qurumun mətbuat katibi Ələkbər Baxşəliyev bildirib ki, ləğv edilən qurumların bərpa olunması yalandır: "Struktur islahatları aparılır. Amma yazılan kimi deyil. Qeyd olunan qurumlar ləğv edilib, amma bərpa edilməyib".

Qafqazinfo.az