Aprel döyüşlərində Ordumuzun qəhrəmanlıqlarına həsr olunan - Tədbir

Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) aprelin 2-dən 5-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulmasının qarşısının alınmasında və əks həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin əldə olunmasında hərbi hissələrimizin göstərdiyi qəhrəmanlıqlara həsr olunan tədbir keçirilib.


AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər vereir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.



Tədbirdə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini və işğalçı mövqeyini davam etdirdiyini bildirib.



Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını qəhrəmanlıqla aldığını vurğulayan Ə.Qənizadə deyib: "İşğalçılar Azərbaycanın mövqelərini iriçaplı silahlardan atəşə tutub, təxribat törədiblər. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribatının qarşısı alınıb və bu dörd günlük əks həmlə əməliyyatları nəticəsində bir sra strateji yüksəkliklər ordumuzun bölmələri tərəfindən nəzarətə götürülb. Biz bu döyüşlərdə Azərbaycan Ordusunun düşmən üzərində həm fiziki, həm də mənəvi baxımından üstün olduğunun şahidi olduq. Aprelin əvvəlindəki hərbi əməliyyatlar bir daha onu sübut etdi ki, Silahlı Qüvvələrimiz Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadirdir".

Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, Müdafiə Nazirliyinin zabitləri və digər qonaqlar mövzu ətrafında çıxış edərək xalqın orduya güvəndiyini, Azərbaycan əsgərinin bundan sonra da ermənilər üzərində tam layiqli qələbə qazanacaqlarına əminliklərini bildiriblər.

Sonra Azərbaycan Ordusunun hərbi əməliyyatlarından bəhs edən videoçarx nümayiş etdirilib, bədii proqram təqdim olunub.