"Ermənistanın təxribatçı əməlləri Azərbaycan xalqının məhv edilməsinə yönəldilib və danışıqların davam etdirilməsi onlar tərəfindən ancaq vaxt qazanılması məqsədi daşıyır". "Ermənistanın təxribatçı əməlləri Azərbaycan xalqının məhv edilməsinə yönəldilib və danışıqların davam etdirilməsi onlar tərəfindən ancaq vaxt qazanılması məqsədi daşıyır".

Nazir Ağdama getdi: “Düşmən meşələri yandırır, qızıl mədənlərini istismar edir”

"Ermənistanın təxribatçı əməlləri Azərbaycan xalqının məhv edilməsinə yönəldilib və danışıqların davam etdirilməsi onlar tərəfindən ancaq vaxt qazanılması məqsədi daşıyır".


Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Ağdam rayonunda olarkən jurnalistlərə deyib.

Nazir bildirib ki, Ermənistan Azərbaycanın mülki vətəndaşları ilə müharibə etməyə davam edir: "Evlərin dağıdılması və Azərbaycanın mülki vətəndaşlarının ölümü bunu təsdiq edir".

H.Bağırov əlavə edib ki, Azərbaycan artıq 90-cı illərdə olan ölkə deyil: "Azərbaycanın gücü artıb. Bu bizim üçün ölüm-qalım mübarizəsidir. Başqa yolumuz yoxdur. Buna görə də Azərbaycan xalqı öz Prezidenti ətrafında sıx toplaşıb və işğal edilmiş ərazilərini qaytarmaq üçün mübarizə aparır. Azərbaycanın digər dövlətin ərazisinə iddiası yoxdur".

O, qeyd edib ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində ekologiyaya ziyan vurmağa davam edir, meşə örtüklərini məhv edir, qızıl mədənlərini istismar edir və s. Azərbaycan tərəfi işğal edilmiş ərazilərimizdə Ermənistanın bu fəaliyyəti barədə beynəlxalq təşkilatları məlumatlandırıb.
image description image description image description