Son vaxtlar sosial şəbəkələrdə və mediada xəstəlikdən əziyyət çəkən və maddi imkanı olmayan şəxslərə yardım kampaniyaları haqda məlumatlar tirajlanır. Son vaxtlar sosial şəbəkələrdə və mediada xəstəlikdən əziyyət çəkən və maddi imkanı olmayan şəxslərə yardım kampaniyaları haqda məlumatlar tirajlanır.

“Ağılları olsun, dələduzlara aldanmasınlar” - Deputatdan tibbi sığorta açıqlaması

Son vaxtlar sosial şəbəkələrdə və mediada xəstəlikdən əziyyət çəkən və maddi imkanı olmayan şəxslərə yardım kampaniyaları haqda məlumatlar tirajlanır.


Demək olar ki, ölkədə hər ağır 10 xəstədən 5-6-sı üçün yardım yığılır.

Sözügedən yardım kampaniyalarının geniş vüsət alması isə tibbi sığorta məsələsini yenidən gündəmə gətirib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı AzNews.az-a açıqlamasında bildirib ki, istər parlamentdə, istər mətbuatda, istərsə də ayrı-ayrı qurumlarda bununla bağlı müzakirələr gedir. O qeyd edib ki, ölkədə tibbi sığorta istiqamətində xeyli işlər görülüb: "Bununla bağlı qanun qəbul edilib və agentlik yaradılıb. Agentliyin rəhbərliyi, strukturu müəyyənləşib. Düzdür, hələlik təsdiq olunmayıb, amma yaxın zamanlarda məsələ həll olunacaq. Sosial şəbəkələrdə xəstələrlə bağlı aparılan yardım kampaniyaları normal bir addımdır. Dünyanın ən inkişaf etmiş ölkələrində, hətta Amerikada belə cəmiyyət, ictimaiyyət hər zaman belə ehtiyacı olanlara, xüsusilə də xəstəlikdən əziyyət çəkənlərə maliyyə dəstəyi edir. Xəstələrə hər zaman dəstək verirlər. Azərbaycanda niyə olmasın ki? Burada heç bir faciə yoxdur. Cəmiyyətin sağlam üzvləri, xəstə üzvlərinə hər zaman dəstək verib, verəcək də. Yaxud da imkanı çatan imkanı omayana dəstək verməlidir. Bu, tibb sahəsində görülən işə heç bir kölgə salmır, əksinə Azərbaycan xalqının yardımsevər olduğunu göstərir".

M.İbrahimqızının sözlərinə görə, tibbi sığortanı tətbiq etmək o qədər də asan iş deyil: "Düşünürlər ki, tibbi sığortanı tətbiq eləmək asandır. Ölkənin hər bir yerində infrastrukturlu səhiyyə sistemi yaradılmalıdır ki, rayonlardakı xəstələr Bakıya gətirilməsin. Ona görə tibbi sığortaya keçid təkcə qanunun qəbul olunması deyil. Ölkədə güclü tibb kadrları yetişdirilməlidir. Bu gün Avropa və Türkiyədə bizim kadrlar yetişir".

Deputat bəzi insanlara yardım eləmək adıyla edilən dələduzluqlara da münasibət açıqlayıb: "Dələduzluq bütün sahələrdə var. Ağılları olsun, dələduzların arxasınca getməsinlər".

Bahar RÜSTƏMLİ
AzNews.az