- Rusiya və İran
- 11:09
- 1 850
The Times: Müctəba Xamenei ağır yaralıdır
İsrail və ABŞ, Tehran ilə Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda – fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran da İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdə müəyyən hədəflərə zərbələr endirib.
ABŞ-İsrail hücumları nəticəsində İranın ali lideri Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərin öldürüldüyü bildirilir.
İddialara görə, onun yerinə keçən oğlu Müctəba Xamenei isə həmin hücum zamanı ağır yaralanıb.
Böyük Britaniyanın “The Times” qəzetinin yaydığı məlumata əsasən, Müctəba Xameneinin səhhəti ilə bağlı vəziyyət olduqca ağırdır. Xəbərdə qeyd olunur ki, bu məlumat ABŞ və İsrail kəşfiyyat orqanlarının Körfəz ölkələri ilə paylaşdığı diplomatik nota əsaslanır.
Həmin notda Müctəba Xameneinin Qum şəhərində müalicə aldığı, vəziyyətinin kritik olduğu və bu səbəbdən ölkədə qərarqəbuletmə proseslərində iştirak edə bilmədiyi bildirilib.
Eyni zamanda qeyd olunur ki, ABŞ və İsrail kəşfiyyat orqanları onun yerini bir müddətdir bildikləri halda, bu məlumat indiyədək ictimaiyyətə açıqlanmamışdı.
Mövsüm,
AzNews.az