- Qərb
- 11:29
- 1 323
Pentaqon rəhbəri vəzifə üçün müdafiə şirkətlərindəki səhmlərini satıb
ABŞ müdafiə naziri Pit Heqset vəzifəyə başlamazdan əvvəl ölkənin ən böyük müdafiə şirkətlərindəki aktivlərini satıb.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Məlumata görə, Heqset “Lockheed Martin”, “Northrop Grumman” və “Honeywell” kimi iri hərbi-sənaye şirkətlərindəki səhmlərindən imtina edib.
O, hələ vəzifəyə başlamazdan əvvəl – 10 yanvar 2025-ci ildə etik razılaşma imzalayaraq şəxsi maliyyə maraqlarına təsir göstərə biləcək qərarlarda iştirak etməyəcəyini öhdəsinə götürüb.
Yanvarın 25-də müdafiə naziri vəzifəsinə təyin olunduqdan sonra isə portfelini bu tələblərə uyğunlaşdırmalı olub və fevralın 7-də adı çəkilən şirkətlərdəki səhmlərini satışa çıxarıb.
Mövsüm,
AzNews.az