“Eurovision”dan qondarma rejimin bayraq məsələsi haqda - Açıqlama

"Eurovision" illik beynəlxalq mahnı müsabiqəsinin Təşkilat Komitəsi "Eurovision-2016" müsabiqəsinin canlı efirində Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nın nümayiş etdirilməsi ilə bağlı insidenti öyrənir.



Bunu "Eurovision"un mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən qeyd ediblər ki, komitə bu fakt üzrə qərarı sonra açıqlayacaq.

Xatırladaq ki, ötən gün "Eurovision-2016" müsabiqəsində Ermənistanı təmsil edən İveta Mukuçyan Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nı nümayiş etdirib.

Trend.az