Silahlı Qüvvələrdə itkilərin yeni statistikası açıqlandı

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2012-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 87 nəfər itirib. 15 nəfər döyüşdə, 3 nəfər minaya düşərək, 1 nəfər əməliyyatda həlak olub. İtkilərin 68-i qeyri-döyüş itkisidir.

Dünyasını dəyişənlərin 77-si Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 4-ü Daxili Qoşunların, 1-i Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu olub. "Doktrina" qeyd edir ki, bu il Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 18 nəfər intihar edib, 10 nəfər qeyri-nizamnamə hərəkətlərinin qurbanı olub.

AzNews.az