Fransanın Strasburq şəhərində Müqəddəs Taxt-tacın (Vatikanın) Avropa Şurasındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Həbsxanalarda radikallaşma-din xadimlərinin baxışı” mövzunda Avropa toplantısı keçirilib. Fransanın Strasburq şəhərində Müqəddəs Taxt-tacın (Vatikanın) Avropa Şurasındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Həbsxanalarda radikallaşma-din xadimlərinin baxışı” mövzunda Avropa toplantısı keçirilib.

QMİ-nin aparat rəhbəri beynəlxalq tədbirdə

Fransanın Strasburq şəhərində Müqəddəs Taxt-tacın (Vatikanın) Avropa Şurasındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Həbsxanalarda radikallaşma-din xadimlərinin baxışı” mövzunda Avropa toplantısı keçirilib.


AzNews.az xəbər verir ki, tədbirdə qitənin bütün aparıcı dini icmalarının nümayəndələri, habelə müvafiq problemi araşdıran sahə mütəxəssisləri iştirak ediblər. Onlar azadlıqdan məhrumetmə yerlərində məhkumların radikal dini cərəyanlara qoşulmasının qarşısını almaqda dini icmaların rolu barədə fikir mübadiləsi keçirib, bu sahədə əməkdaşlığın yollarını araşdırıblar.

Toplantıda Qafqaz Müsəlmanları İdarəsini həmin İdarənin Aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənov təmsil edib. Simran Həsənov göstərilən problemin həlli istiqamətində Azərbaycanda QMİ-nin müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində birgə fəaliyyəti və bu sahəni tənzimləyən milli qanunvericilik aktları barədə tədbir iştirakçılarına məlumat verib.