Bakı şimal küləyinə təslim olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal, şimal-şərq küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 8-11, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə duman, çiskin olacağı, cənub rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-3, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 21-də Abşeron yarımadasında buludlu hava şəraitinin davam edəcəyi, şimal küləyinin bir qədər güclənəcəyi gözlənilir.

Elnarə Əlosmanqızı
AzNews.az