Bakıda beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu tərəfindən nüvə enerjisinin dinc vasitələrlə istifadəsinə həsr olunan beynəlxalq konfrans işə başlayıb.

AzNews.az-un məlumatına görə, tədbirdə 8 ölkədən 20-yə yaxın nümayəndə iştirak edir. AMEA-nin prezidenti, akademik Mahmud Kərimovun da iştirak etdiyi tədbirə MAQATE nümayəndələri də qatılıblar.

Vasif Həsənli
AzNews.az