“Hara şikayət edirsən et, nə mənası” “Hara şikayət edirsən et, nə mənası”

Doğum haqqında şəhadətnamə 80 manata satılır- ŞİKAYƏT

“Hara şikayət edirsən et, nə mənası”



Şamaxı Rayon Göylər kənd sakini Qüdrət Nuhovu övladının doğum haqqında şəhadətnaməsini və yeni doğulmuş uaqlara dövlət tərəfindən verilən yardımı ala bilmir. Bunu AzNews.az-a Q.Nuhov özü verib.

Q.Nuhovun sözlərinə görə, onun övladı 2012-ci ilin iyul ayında dünyaya gəlib. Onun dediyinə görə, şəhadətnamənin verilməsi üçün ondan Göylər kənd İcra Nümayəndəsi İxtiyar Xəlilov 80 manat rüşvət istəyir: "Mən 50 manat verdim. Amma bu adamın gözü doymur. Deyir 30 manat da gətir. Bu günlərdə ona yuxarılara şikayət edəcəyimi deyəndə istehza ilə gülərək dedi: "Hara şikayət edirsən et, nə mənası". İyul ayında dünya gələn övladıma bu günə kimi rəsmi doğum haqqında şəhadətnamə ala bilməmişəm. Dövlətin verdiyi 80 manat süd puluna da icra nümayəndəsi göz dikib. Biz dərdimizi kimə deyək bilmirik".

Bahar Rüstəmli
AzNews.az