Valideynlər əlil uşağı aylarla tövlədə saxlayıblar


Rusiyanın Belqorod vilayətində 13 yaşlı əlil usaqlarını mal-qara ilə bir tövlədə saxlayan ər-arvadı valideynlik hüququndan məhrum etmək istəyirlər.

Qeyd edək ki, 13 yaşlı oğlanın 3 bacı-qardaşı da var. Sosial xidmət işçiləri oğlanı tövlədə mal-qaranın arasında geyimsiz, ac və çirkli vəziyyətdə köhnə yorğan altında qısılmış vəziyyətdə tapıblar.

Məlumata görə, o, tövlədə bir il müddətində saxlanılıb. Əlilin anasına bir neçə dəfə uşağı əqli cəhətdən zəif olan uşaqlar üçün internata yerləşdirmək təklif olunsa da, ona verilən pensiyanın kəsiləcəyindən qorxan qadın buna razılıq verməyib.

Qeyd edək ki, 41 yaşlı ana beşinci uşağa da hamilədir. Qonşuların sözlərinə görə, onlar baş verənlərdən şokdadı. Onların sözlərinə görə, vaxtaşırı tövlədən qışqırıq səsləri gəlib. Lakin heç kimin orada əlil uşağın saxlanılması ağlına belə gəlməyib.

Törətdikləri cinayətə görə valideynlər məhkəmə qarşısında cavab verəcəklər.

İnci
AzNews.az