Mebel alıb borcunu ödəyən şəxsin 10 ildən sonra yenidən borclu olduğu ortaya çıxıb. Mebel alıb borcunu ödəyən şəxsin 10 ildən sonra yenidən borclu olduğu ortaya çıxıb.

Kreditini ödədi - 5 ildən sonra məhkəməyə verildi

Mebel alıb borcunu ödəyən şəxsin 10 ildən sonra yenidən borclu olduğu ortaya çıxıb.


Balaxanı qəsəbəsi 6 mədən ünvanında yaşayan Nargilə Sulatanova 2006-cı ildə paytaxtdakı mağzalardan birindən mebel alıb. Dediyinə görə, kreditə götürdüyü mebelin pulu ödəyib bitirdikdən 5 il sonra ona kredit borcunun olduğu haqqında məhkəmə qətnaməsi gəlib.

Nargilə Sultanovanın sözlərinə görə, mebeli götrən zaman ona banka ödəniş olunacaq və ya bankla müqavilə var deyə heç bir xəbərdarlıq edilməyib. Mebel mağazası ilə müqavilə bağlanıb və hər ay məbləğ mağzaya ödənilib.

Maraqlısı budur ki, onun mebel aldığı salon da hazırda fəaliyyət göstərmir. İndi mübahisə tərəfləri kimi bankla bu qadın qalıb. Nargilə Sultanova deyir ki, artıq məhkəminin qərarı ilə onun ölkədən çıxışına da qadağa qoyulub.

Ekspertlər isə deyir ki, əgər məsələ qadının dediyi şəkildə baş veribsə burada ciddi hüquqi pozuntular var.

Yəni bank müqavilə üzrə son ödəniş vaxtından 3 il müddət keçibsə burda bank iddia hüququnu itirir. Həmin qadın elə təkcə bu əsas görə qərarı ləğv etdirə bilər.

Həmçinin ekspertlər bildirirlər ki,vətəndaşlar bu tipli neqativ hallarla qarşılaşmamaq üçün müqavilələri diqqətlə oxumalı və ödəniş etdikdən sonra qəbz tələb etməli, habelə həmin qəbzləri ən az 3 il ərzində özlərində saxlamalıdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xezerxeber.com