- Köhnə - Cəmiyyət
- 4 İyul 2016 12:18
- 4 711
Fikrət Fərəməzoğlu barəsində məhkəmə qərarı verildi

Nərimanov Rayon Məhkəməsi Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində həbs-qətimkan tədbiri seçib.
Bu barədə vəkil Nemət Kərimli məlumat verib.
O bildirib ki, F.Fərəməzoğlu hədə-qorxu ilə pul tələb etmədə ittiham olunub. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Xatırladaq ki, F.Fərəməzoğlu iyulun 1-də saxlanılıb.
Report.az