İyulun 7-də Tərtər və Ağdam rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında son məlumat açıqlanıb. İyulun 7-də Tərtər və Ağdam rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında son məlumat açıqlanıb.

Partlamamış Hərbi Sursatlar haqqında - Son məlumat

İyulun 7-də Tərtər və Ağdam rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında son məlumat açıqlanıb.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Ağdam rayonu, Əhmədağalı kəndində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, partlamış hərbi sursatların (top mərmisinin və (9M22U - Qrad) raketininn qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.

FHN-nin Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzinin məlumatına əsasən, 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.

Tərtər rayonu, Şıxarx kəndində 1 otlaq sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış tank əleyhinə qumbara (PQ-7) aşkar olunub, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə daşınıb, nəticə etibarı ilə 500 kv. m ərazi yoxlanılıb.

DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, 1 otlaq sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (PQ7 - tank əleyhinə qumbara) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 500 kv. m ərazi yoxlanılıb.

2 əkin sahəsi, 2 partlayış yeri və 1 otlaq sahəsi və 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (PQ7 - tank əleyhinə qumbara) aşkar edilərək götürülüb, nəticə etibarilə gün ərzində 5 500 kv. m ərazi təmizlənib.

Ümumilikdə, Agentlik tərəfindən 7 aprel-7 iyul tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 577 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 15 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Trend.az