Bakının bu rayonunda su olmayacaq

Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yenidən qurulmuş şəbəkələrin mövcud magistral xətlərə birləşdirilməsi ilə əlaqədar 08 iyul 2016-cı il tarixində gün ərzində Xətai rayonunun Telnov, Şıxlı, Mehmandarov, Tusi, Neapol, M.Rüstəmov, Sarayevo küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.