Evakuator sürücüsünün təhlükəsizlik qaydasına əməl etməməsi yenə də maddi zərərə səbəb olub. Bakıda, dayanma-durma qaydasını pozan sürücünün avtomobilini evakuator apararkən avtomobilin altındakı qoşqu hissəsini qoparıb. Bununla da avtomobilə xeyli ziyan vurub. Baş vermiş hadisə evakuatorların bu cür hadisələrdən sığortalanma məsələsini gündəmə gətirib. Evakuator sürücüsünün təhlükəsizlik qaydasına əməl etməməsi yenə də maddi zərərə səbəb olub. Bakıda, dayanma-durma qaydasını pozan sürücünün avtomobilini evakuator apararkən avtomobilin altındakı qoşqu hissəsini qoparıb. Bununla da avtomobilə xeyli ziyan vurub. Baş vermiş hadisə evakuatorların bu cür hadisələrdən sığortalanma məsələsini gündəmə gətirib.

Evakuator avtomobili çəkərkən altını qopardı - Zərəri kim ödəməlidir?

Evakuator sürücüsünün təhlükəsizlik qaydasına əməl etməməsi yenə də maddi zərərə səbəb olub. Bakıda, dayanma-durma qaydasını pozan sürücünün avtomobilini evakuator apararkən avtomobilin altındakı qoşqu hissəsini qoparıb. Bununla da avtomobilə xeyli ziyan vurub. Baş vermiş hadisə evakuatorların bu cür hadisələrdən sığortalanma məsələsini gündəmə gətirib.


Avtomobilin altı sanki qaynaq aparatı ilə kəsilib. Arxa sağ tərəfdə qoşqu yerindən dartılaraq zərbə alan maşının kuzovu yararsız hala düşüb. Hadisə ötən gün Bakıda baş verib. Bir nəfər bahalı avtomobilini yol kənarında saxlayıb mağazaya gedib. Dayanma-durma qaydasını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin evakuatoru həmin avtomobili cərimə meydançasına aparmaq istəyib.

Sürücü avtomobili evakuatorun yedəyinə alarkən qoşqu yerini zədələyib. Daha doğrusu avtomobili qoşqu ilə çəkərkən altını qoparıb. Avtomobili zədələdiyini ona külli miqdarda ziyan vurduğunu görən sürücü dərhal qoşqu trosunu açıb ərazidən uzaqlaşıb. Həmin vaxt avtomobil əl əyləcindən istifadə edilməklə park edilib. Evakuator da avtomobili qəfildən sürətlə çəkdiyi üçün bu hadisə olub.

Hadisə evakuatorların avtomobil apararkən vurduqları ziyanın qarşılanmasını, daha doğrusu belə hadisələrə qarşı sığortalanması məsələsini aktuallaşdırır. Ekspertlərin sözlərinə görə əksər evakuatorların nəyin ki, apardıqları yükl bağlı, heç özlərinin icbari sığortası belə yoxdur.

Ərşad Hüseynovun sözlərinə görə yol hərəkəti haqqında qanunun 85-ci maddəsində qeyd edilir ki, evakuasiya zamanı avtomobilə dəymiş ziyanı həmin qurum qarşılamalıdır. Yəni bu hadisəyə görə sürücü iddia qaldırıb dəymiş ziyanı Dövlət Yol Polisinə ödətdirə bilər. Bu hadisədə başqa bir məqam da evakuator sürücüsünün təhlükəsizlik qaydalarına əməl etməməsidir.

Xezerxeber.com