Gürcüstanda nəşr edilən ingilisdilli “Georgia Today” qəzetində kommunikasiyalar üzrə avropalı müstəqil ekspert Eugen İladinin imzası ilə Cahangir Hacıyevin müdafiəsinə həsr olunmuş məqalə dərc olunub. Məqalədə Beynəlxalq Bankda təhqiqat aparılmaması, C.Hacıyevin xəstəliyinə görə həbsdən azad edilməli olduğu vurğulanır. Gürcüstanda nəşr edilən ingilisdilli “Georgia Today” qəzetində kommunikasiyalar üzrə avropalı müstəqil ekspert Eugen İladinin imzası ilə Cahangir Hacıyevin müdafiəsinə həsr olunmuş məqalə dərc olunub. Məqalədə Beynəlxalq Bankda təhqiqat aparılmaması, C.Hacıyevin xəstəliyinə görə həbsdən azad edilməli olduğu vurğulanır.

Cahangir Hacıyevin xanımının axtarışı dayandırıldı

Gürcüstanda nəşr edilən ingilisdilli “Georgia Today” qəzetində kommunikasiyalar üzrə avropalı müstəqil ekspert Eugen İladinin imzası ilə Cahangir Hacıyevin müdafiəsinə həsr olunmuş məqalə dərc olunub. Məqalədə Beynəlxalq Bankda təhqiqat aparılmaması, C.Hacıyevin xəstəliyinə görə həbsdən azad edilməli olduğu vurğulanır.


Eugen İladinin məqaləsi dərc olunandan sonra yazının C.Hacıyevin sifarişi əsasında hazırlandığı haqda iddialar meydana gəlib. C.Hacıyevin vəkili Aqil Layıcov iddiaların əsassız olduğunu bildirib. Deyib ki, müvəkkili ölkədə və xaricdə tanınan bankirlərdəndir, bu baxımdan kimlərinsə onun barəsində belə yazılar dərc etməsi normaldır.

Həmin məqalənin C.Hacıyevin sifarişi ilə dərc edilməsi iddiasına gəlincə isə vəkil deyib ki, bu kimlərinsə təxəyyülünün məhsuludur: "Cahangir Hacıyev ciddi nəzarət altındadır. Bu baxımdan da onun hansısa məqaləni sifariş etməsi ağlasığmazdır. Həmin məqalə ilə tanış olmuşam. Məqalədə müstəqil ekspertin fikirləri, araşdırmasının nəticəsi yer alıb. Yazının Cahangir Hacıyevin istəyi ilə yazılması doğru deyil". Vəkil yazı müəllifi ilə C.Hacıyevin münasibətləri haqda məlumatsız olduğunu söylədi: "Cahangir Hacıyev ölkə daxilində və xaricində yetərincə tanınan bir şəxs olub. Onun müsbət reputasiyası olub, ola bilər ki, yazı müəllifi də Cahangir Hacıyevin reputasiyasına bələd olan şəxslərdəndir".

Vəkil Cahangir Hacıyevin işi üzrə ibtidai istintaqın da artıq yekunlaşdığını açıqlayıb. Vəkil deyir ki, iş üzrə ibtidai istintaq yekunlaşsa da, prokurorluğun həmin ittiham aktının təsdiq edəcəyinə şübhə edir: "İttiham aktında ziddiyyətli məqamlar o qədər çoxdur ki... Həddən artıq səthi bir araşdırma aparıblar. Yazırlar ki, "filankəs filankəsdən kredit alıb və qaytarmayıb". Bu məsələnin Cahangir Hacıyevə hansı şəkildə aidiyyətinin olduğu göstərilmir. Heç kim demir ki, bu krediti Cahangir Hacıyev mənimsəyib və ya mən krediti şəxsən Cahangir Hacıyevdən almışam. 1 dənə də olsa belə bir ifadə yoxdur".

Vəkil müvəkkilinə qarşı ittihamların sadəcə ümumilikdə Beynəlxalq Bankla bağlı yayılan məlumatların araşdırılması zərurətində irəli gəldiyi qənaətində olduqlarını da söylədi: "Ola bilər ki, kimlərdəsə şübhələr olub. Subyektiv fikirlər isə bu araşdırmaları reallaşdırıb. Maliyyə Nazirliyi iddia edirdi ki, 6-10 milyard yeyinti var. Amma elə Maliyyə Nazirliyinin apardığı yoxlamada bu iddia təsdiqini tapmadı. Araşdırdılar, 100 milyona yaxın problemli kreditin varlığı ortaya çıxdı. Cahangir Hacıyev 184 milyonluq səhmini təhvil verərək həmin problemli kreditlərin bağlanmasını istəyib".

Vəkil C.Hacıyevin Beynəlxalq Bank rəhbərliyindən uzaqlaşdırılmasından sonra təyin olunan yeni rəhbərliyin dövlətdən kredit aldığını da açıqlayıb: "Bildiyim qədər aldıqları kredit kifayət qədər böyük məbləğdir. Halbuki Cahangir Hacıyev banka rəhbərlik etdiyi dövrdə bank dövlətdən kredit almırdı, Cahangir Hacıyevin işgüzarlığı nəticəsində bank normal fəaliyyətini davam etdirirdi. Dövlətdən krediti alarkən iddia ediblər ki, guya Cahangir Hacıyevin dövründə verilən və problemli şəklə düşən kreditləri sağlamlaşdırmaq üçün bu yolu seçiblər. İstintaq zamanı da sübut olunub ki, dövlətdən kredit alınarkən iddia olunan 3 milyardlıq zərər yoxdur. Söhbət 100 milyonluq problemli kreditdən gedir və Cahangir Hacıyev 184 milyonluq səhmini Beynəlxalq Banka qaytarıb.

A.Layıcov C.Hacıyevin saxlandığı kameranın nəfəsliyinin açıq saxlanılması üçün Ədliyyə Nazirliyinə müraciət ünvanladıqlarını da bildirdi: "Cahangir Hacıyevin xəstəliyi var. Bu xəstəlik hava çatışmazlığı ilə əlaqədardır. Ona görə də müraciət etmişik ki, nəfəsliyin açıq saxlanmasına icazə verilsin. Ümid edirik ki, bu məsələ müsbət həll ediləcək".

A.Layıcov həm də C.Hacıyevin həyat yoldaşı, hazırda axtarışda olan Zamirə Hacıyevanın vəkilidir. Deyir ki, hazırda Z.Hacıyeva ilə bağlı istintaq dayanıb: "İstintaq getmir. Biz Zamirə Hacıyeva barəsində seçilmiş həbs- qətimkan tədbirinin ləğvi üçün şikayət vermişik. Hələlik bizə şikayətimizə nə vaxt baxılacağı haqda məlumat verilməyib".

Qeyd edək ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. O, CM-nin iki maddəsi - 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Musavat.com