“Bu gündən etibarən Bakuinfo.Az saytında fəaliyyətimi dayandırıram”. “Bu gündən etibarən Bakuinfo.Az saytında fəaliyyətimi dayandırıram”.

Əvəz Qurbanlı Bakuinfo-dan getdi - Səbəb

“Bu gündən etibarən Bakuinfo.Az saytında fəaliyyətimi dayandırıram”.


Bunu AzNews.az-a açıqlamasında Bakuinfo.Az saytının baş redaktoru, şair və jurnalist Əvəz Qurbanlı deyib.

Ə.Qurbanlı qeyd edib ki, bu addımı atması hansısa anlaşılmazlıqdan və ya problemdən irəli gəlmir: "Hesab edirəm ki, Bakuinfo.Az-da çalışdığım 3 il yarım müddətində öz potensialımı kifayət qədər göstərə bilməmişəm. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Ən başlıcası, sərbəst xəbər təqdimatı ilə bağlı fəaliyyət göstərmək istəyimdir. Eyni zamanda, iş qrafikim gərgin olduğu üçün bədii yaradıcılıqla məşğul olmaq imkanım da məhdud idi. Bu amilləri nəzərə alaraq, qərara gəldim ki, saytdan getməyim yaxşıdır".

Keçmiş baş redaktor saytdan getdikdən sonra Bakuinfo.Az-ın taleyinin necə olacağına aydınlıq gətirməyib: "Bu, artıq mənim səlahiyyətimdə olan məsələ deyil."

Əvəz Qurbanlı bundan sonra da mətbuat sahəsində çalışacağını istisna etməyib: "Onlayn mediada fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Qismət olsa, yaxın vaxtlarda öz yeni media layihəmi ictimaiyyətə təqdim edəcəyəm".