Bu il aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi "Bank of Baku" tərəfindən təzyiqlərə məruz qalıb. Bu il aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi "Bank of Baku" tərəfindən təzyiqlərə məruz qalıb.

Bank of Baku şəhid ailəsinə təzyiq edir: “Bizə görə ölməyib ki...”

Bu il aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi "Bank of Baku" tərəfindən təzyiqlərə məruz qalıb.


Bu barədə AzNews.az-a şəhidin anası Zemfira Baxışova məlumat verib. Onun sözlərinə görə, götürdüyü krediti qaytara bilmədiyi üçün ailə bank nümayəndələri tərfindən hədə-qorxulara məruz qalır: "Kreditimizi hər ay ödəyirdik. Aprel ayında oğlum şəhid oldu. O vaxtdan sonra işləmədiyim üçün krediti ödəyə bilmirəm. Devalvasiyadan sonra götürdüyüm məbləğ təxminən 3000 manata yaxın olub. Onlar da mənə zəng edib, hədə-qorxu gəlirlər. Deyirlər ki, pulu ödəməsəniz, sizin haqqınızda hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Deyirəm ki, oğlum şəhid olub, maddi durumumuz çətinləşib, ona görə götürdüyümüz krediti qaytara bilmirik. Bank nümayəndəsinin cavabına baxın: "Nə olsun, bizə görə şəhid olmayıb ki... Olub, olub da, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin". Hələ üstümə qışqırır da. Bəs mənim uşağım kimə görə şəhid olub?"

Z.Baxışova oğlunun həyat yoldaşına və övladına da baxdıqlarını bildirib: "Tək bizə deyil, kredit götürdüyüm zaman banka verdiyim bütün nömrələrə zəng edib, təzyiq göstərirlər. Mən pul tapa bilmirəm ki, onu ödəyim. Ailədə heç kim işləmir, çörək pulunu güclə tapırıq. Yoldaşımla mən pensiya alırıq. Onunla dolanırıq. Seymurun ailəsi də bizimlədir. Hamımız gözümüzü pensiyaya dikmişik. Bank isə heç bir güzəşt etmək istəmir".

Bahar RÜSTƏMLİ
AzNews.az