Bakı şəhərinin bəzi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bakı şəhərinin bəzi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu gün hansı ərazilərdə su kəsiləcək?

Bakı şəhərinin bəzi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


AzNews.az xəbər verir ki, Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib.

Qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.