“Dağlıq Qarabağın Azərbaycanlı İcması “İctimai Birliyi ilə Parlament Jurnalistləri Birliyi arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan jurnalistləri üçün yeni müsabiqə elan edilir. “Dağlıq Qarabağın Azərbaycanlı İcması “İctimai Birliyi ilə Parlament Jurnalistləri Birliyi arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan jurnalistləri üçün yeni müsabiqə elan edilir.

Azərbaycanlı jurnalistlər üçün yeni müsabiqə - London, İstanbul və Moskvaya göndəriləcəklər

“Dağlıq Qarabağın Azərbaycanlı İcması “İctimai Birliyi ilə Parlament Jurnalistləri Birliyi arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan jurnalistləri üçün yeni müsabiqə elan edilir.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı PJB-nin rəhbəri Elşad Eyvazlı verib.

O, qeyd edib ki, ideya Milli Məclisin deputatı, İcmanın İdarə Heyətinin üzvü Rövşən Rzayevdən gəlib.

R.Rzayev bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə çağırış edib ki, xaricdə çalışan, xaricə çıxışı olan azərbaycanlı jurnalistlərə ehtiyac var. O, dedi ki, Prezidentin qaldırdığı bu məsələ çox vacibdir və bu çağırışa qoşulmaq dövlətimiz, ölkəmiz, millətimiz üçün xeyir verə bilər. E.Eyvazlı qeyd edib ki, məsələ İcma rəhbərliyində müzakirə olunub və sədr Bayram Səfərov belə bir layihənin gerçəkləşməsinin gərəkli olduğunu vurğuladı.

"Biz jurnalistlər üçün yeni müsabiqə elan edirik. Müsabiqəyə ingilis, rus və türk dilini yaxşı bilən jurnalistlər qoşula bilərlər. Müsabiqə qalibləri iki mərhələ keçdikdən sonra müəyyənləşəcək. İlkin mərhələdə müsabiqəyə qatılan jurnalistin xaricdə dərc olunan yazısı təqdim edilməlidir. Bu olmadıqda həmin jurnalist xaricdə media üçün hazırladığı, ancaq dərc etdirə bilmədiyi yazını təqdim etməlidir.

İkinci mərhələdə isə jurnalist münsiflər tərəfindən şifahi sorğudan keçəcəklər. Dil biliyi ilə yanaşı jurnalistləri hadisələrə baxışı, milli maraqlardan necə çıxış etmələri də çox önəmlidir. Üç nəfər qalib müəyyənləşdiriləcək.

Qaliblərdən biri London, biri Moskva, biri isə İstanbula göndəriləcək. Bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcək. Müsabiqə qalibləri xaricdə həm universitetlərdə seminarlara qatılacaqlar, həm də məhşur media qurumlarında təcrübə keçəcəklər".
Müsabiqəyə avqustun 1-dən start veriləcək.

Bu yarışa qatılmaq istəyənlər info@modern.az, (0099412)4659574, (00994)0513408183-li telefonlarla əlaqə saxlaya bilərlər.