Sosial şəbəkələrdə maraqlı video yayılıb. Videoda Yol Patrul Xidməti avtomobilinin taksiyə qəza şəraiti yaratdığı əksini tapıb. Sosial şəbəkələrdə maraqlı video yayılıb. Videoda Yol Patrul Xidməti avtomobilinin taksiyə qəza şəraiti yaratdığı əksini tapıb.

Bakıda yol polisi “avtoşluq” edir - Video

Sosial şəbəkələrdə maraqlı video yayılıb. Videoda Yol Patrul Xidməti avtomobilinin taksiyə qəza şəraiti yaratdığı əksini tapıb.


Olay Bakı-Sumqayıt yolunda – "Şamaxinka"dakı körpünün çıxışında baş verib. Videonu çəkən şəxs bildirir ki, 99 YP 473 dövlət nömrə nişanlı DYP avtomobilindəki yol polisi əməkdaşı taksi sürücüsü ilə mübahisə edib. Sonra isə yolda taksi sürücüsünə təhlükəli anlar yaşadıb.

Videodan da göründüyü kimi, DYP avtomobili taksini yolun kənarına sıxır, onun qarşısına keçərək təhlükəli manevrlər edir və normal hərəkət etməsinə imkan vermir. DYP əməkdaşının hərəkətlərindən bezən taksi sürücüsü sağ zolağa – Biləcəri istiqamətinə çıxıb və orada qəzaya düşüb. Bunun ardınca DYP avtomobili də qayda pozmaqla həmin yola çıxaraq hərəkət edib.

Belə polis əməkdaşının hərəkətinə hüquqi qiyməti aidiyyatı orqanlar verməlidir.

Avtosfer.az