- Köhnə - Cəmiyyət
- 25 Noyabr 2012 14:51
- 2 080
Sumqayıtda şam qıtlığı – sakinlər “dünyanın sonu”na hazırlaşır
![](https://www.aznews.az/storage/photos/samqi.jpg)
Bizim ölkədə də Apokalipsis insanları panikaya salıb. Bu "qorxulu" tarix yaxınlaşdıqca, dükanlarda şam, şirniyyat, suxari, fənər və s. qıtlığı yaranıb.
Sumqayıt sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, gün ərzində insanlar onlarla dükanı dolaşsalar da, şam tapa bilməyiblər. Şamla yanaşı dükanlarda suxari, peçenye, makaron məmulatlarının da qıtlığı hiss olunmaqdadır. Deyəsən, "dünyanın sonu" bəzi işbazlara yaman düşərli olub.
İnci
AzNews.az