Əməkdar jurnalist, "Şərəf" ordenli Şirməmməd Hüseynovun səhhətində problem yaranıb. Əməkdar jurnalist, "Şərəf" ordenli Şirməmməd Hüseynovun səhhətində problem yaranıb.

Şirməmməd Hüseynovun vəziyyəti pisləşdi – Xəstəxanaya yerləşdirildi

Əməkdar jurnalist, "Şərəf" ordenli Şirməmməd Hüseynovun səhhətində problem yaranıb.


AzNews.az-a verilən məlumata görə, o, vəziyyəti ilə əlaqədar Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Ş.Hüseynovun həyat yoldaşı AzNews.az–a faktı təsdiqləyib. O, bildirib ki, qocaman jurnalistin 3 gün bundan öncə vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşdirilib: "Hazırda müalicə olunur. Vəziyyəti normaldır".

***
16:44

Qəfil səhhəti pisləşən Əməkdar jurnalist, "Şərəf" ordenli Şirməmməd Hüseynovun səhhətində irəliləyiş var.

Bu barədə AzNews.az-a Ş.Hüseynov yerləşdirildiyi Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib. Məlumata görə, əməkdar jurnalist xəstəxanaya kəskin ürək ağrıları ilə gətirilib və reanimasiyaya yerləşdirilib. Gətirilən anda onun vəziyyəti ağır olub. Lakin hazırda Hüseynov özünü yaxşı hiss edir və heç bir həyati təhlükəsi yoxdur.

Bir neçə saatdan sonra əməkdar jurnalist palataya köçürüləcək.

Bahar RÜSTƏMLİ
AzNews.az