- Köhnə - Cəmiyyət
- 5 Avqust 2016 12:54
- 4 856
Avqustun birinci ongünlüyündə 42 dərəcə isti olacaq - Xəbərdarlıq
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.
Departamendən AzNews.az-a bildirilib ki, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək.
Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-39° isti olacağı gözlənilir.
Avqust ayının birinci ongünlüyündə ölkə ərazisində isti hava şəraiti davam edəcək.
Havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42° isti olacağı gözlənilir.