Şeyxin müavini cinsi azlıqlardan danışdı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadə dekabrın 2-də Bakıda "Dalğa" Gənclər Hərəkatının "Demokratiya Məktəbi" layihəsi çərçivəsində LGBT-in (lezbi, gey, biseksual, transseksual) hüquq və azadlıqlarının qorunması və təmin olunması ilə bağlı keçirəcəyi tədbiri pisləyib.

QMİ-nin şöbə müdiri AzNews.az-a açıqlamasında bildirib ki, islam dinində bu cür hərəkətlər haram buyurulur: "Bu cür hərəkətlər islamda tamamilə qadağan olunmuş və haram hesab olunan hərəkətlərdir".

Sözügedən tədbirin təşkilinə birmənalı olaraq etiraz etdiyini vurğulayan M.Seyidzadə deyib: "Mən islam dininin nümayəndəsi olaraq bu cür tədbirlərin keçirilməsinə çox pis baxıram. Bu cür hərəkətlər Azərbaycan xalqına və müsəlmanlığa yaraşmaz. Bizdə qeyrət, kişilik və qürur var. Mən bu tədbiri təşkil edənlərə də diqqətli olmağı məsləhət görürəm. Arzu edirəm ki, onlar bu cür hərəkətləri ilə öz nəsilləri üçün töhmət qazanmasınlar. Aidiyyatı qurumları da bu cür tədbirlərin qarşısını almağa səsləyirəm".

Vasif Həsənli
AzNews.az