- Köhnə - Cəmiyyət
- 3 Dekabr 2012 16:12
- 2 151
Terror hazırlayan dəstəyə hökm oxundu
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala, Şəki, Quba rayonlarında xüsusi əməliyyat keçirib, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirib. Qrup üzvlərinin cinayət işləri mahiyyəti üzrə ayrı-yarılıqda araşdırılır.
Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 29,214.2.1, 29,214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, təkrar terrorçuluq törətməyə cəhd), 206.4-cü (qaçaqmalçılıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər. İran İslam Respublikasının Azərbaycandakı səfirliyi isə həmin şəxslərin "SEPAH"-la əlaqələrinin olmasını təkzib edib.
AzNews.az