İcra başçısı vətəndaşlarla görüşdü - FOTO

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşlarla görüşüb, problem və qayğılarını dinləyib.


AzNews.az xəbər verir ki, Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının "Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır" sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev xidmət təşkilatları ilə birgə həftə sonu Bala Bəhmənli, Mahmudlu, Kərimbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli kəndlərində olmuş vətəndaşlarla görüşüb, onlara söhbət edib, problem və qayğılarını dinləmişdir. Görüş zamanı yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani və pay torpaqlarından səmərəli istifadə olunması barədə Prezident cənab İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası ilə bağlı rayonda görülən işlər vətəndaşlarla müzakirə olunmuşdur. Vətəndaşlarla söhbət zamanı rayonda taxılçılığın inbkişafı, növbəti il üçün pambıq əkininə hazırlığın vəziyyəti zəhmət adamları müzakirə olunub, gələn il barama saxlayacaq kümçülərlə görüşülüb, barama saxlanılacaq yerlərə baxılş keçirilmişdir.

Bala Bəhmənli, Mahmudlu, Babı, Arayatılı,Mollaməhərrəmli, Kərimbəyli kənd sakinləri ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın yenidən bərpa olunmasını, əhalinin bu sahələrin hesabına məşğulluğunun təmin olunmasını müsbət qiymətləndiriblər. Alı Alıyev sözügedən kəndlərdə həmçinin kənd sakinlərinin həyatyani torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsələhət və tövsiyyələrini verib.

Məcburi köçkünlərlə keçirilən görüşlər zamanı görülən işlər, görülməsi planlaşdırılan məsələlər vətəndaşlarla birgə müzakirə olunur, ictimai nəzarət qaydasında mövcud nöqsan və çatışmazlıqlar xalqla birgə həll olunur.