Əməkdar rəssam Fərman Qulamov 71 yaşında vəfat edib. Əməkdar rəssam Fərman Qulamov 71 yaşında vəfat edib.

Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam Fərman Qulamov 71 yaşında vəfat edib.


Bu barədə APA-ya rəssam Nəvai Mətin məlumat verib.

N. Mətinin sözlərinə görə, F. Qulamov bu gün dəfn olunub.

Qeyd edək ki, əməkdar rəssam 1945-ci ildə Astara şəhərində anadan olub. O, 1976-cı ildə Tiflis Rəssamlıq Akademiyasını bitirib. F. Qulamov 1973-cü ildən Azərbaycan Rəssamlıq İttifaqının üzvü idi. 1993-1994-cü illərdə "Humay" mükafatına layiq görülüb. 2006-cı ildən əməkdar rəssam fəxri adını daşıyan F. Qulamovun əsərlərinin Kiyev, Cenevrə və İsveçrədə sərgisi keçirilib.

Allah rəhmət eləsin!

AzNews.az