“Hər kəs öz vicdanı qarşısında cavabdehdir” “Hər kəs öz vicdanı qarşısında cavabdehdir”

Yazıçı Anar Rasim Balayevdən danışdı

“Hər kəs öz vicdanı qarşısında cavabdehdir”





Azərbaycan Yazıçılar Birliyinin sədri, Kinematoqrafçılar İttifaqının katibi Anar ittifaqın digər katibi Rasim Balayevin istefasına münasibət bildirib. Yanvarın 23-də "Media forum" saytına açıqlamasında Anar deyib: "Rasim Balayev Azərbaycan filmlərində ciddi, böyük obrazlar yaradıb. Mən ona çox yüksək qiymət verirəm. O ki qaldı istefa verməsinə, hər kəs öz vicdanı qarşısında cavabdehdir. Ona görə də əlavə bir söz demək istəmirəm. Ona uğurlar diləyirəm".

Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqına son zamanlar təzyiqlərin artmasına, Vergilər Nazirliyinin ittifaqa qarşı cinayət iş qaldırmasına gəlincə, Anar bu barədə danışmaq istəməyib: "Mən əvvəllər öz mövqeyimi bildirmişəm. İndi də mövqeyimdə qalıram. Heç bir əlavəm yoxdur".

AzNews.az