Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil məktəblərində dərsliklərin elmi-metodiki monitorinqinin nəticələrini müzakirəyə çıxarıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil məktəblərində dərsliklərin elmi-metodiki monitorinqinin nəticələrini müzakirəyə çıxarıb.

TQDK dərsliklərin müzakirəsinə başladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil məktəblərində dərsliklərin elmi-metodiki monitorinqinin nəticələrini müzakirəyə çıxarıb.


TQDK-dan AzNews.az-a verilən məlumata görə, 5-ci sinifləri üçün rus dili dərsliyinin və müəllim üçün metodik vəsaitin müzakirəsi aparılıb. Seminar iclasında dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilib, təkliflər verilib.

Həmçinin fizika fənni üzrə tam orta məktəblərdə istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi ilə bağlı da seminar keçirilib. Tam orta məktəblərin 7-ci sinifləri üçün istifadə də olan fizika dərsliyinin elmi-metodiki baxımdan müzakirəsi aparılıb.

Seminar iclasında Bakı və Sumqayıt müəllimləri ilə birlikdə, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında fənn müəllimləri də iştirak edib.

Bugünkü iclasda dərsliyin birinci fəsli çox diqqətlə araşdırılıb. Gələcəkdə yazılacaq fizika dərsliklərində kurikulum üzrə məzmun standartlarının necə reallaşdırılması haqqında fikirlər bildirilib.

Məktəblərin 3-cü sinifləri üçün rus dili dərsliyinin və müəllim üçün metodik vəsaitin müzakirəsində isə dərslik müəlliflərindən Nailə Bədəlova iştirak edib. Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcək.

Elnarə Əlosmanqızı
AzNews.az