"Gender bərabərliyi gənclərin təqdimatında" – Qərb Universitetində

Azərbaycan Gənclər və İdman Nazirliyi və Qərb Universitetinin birgə təşkilatçılığı ilə "Gender bərabərliyi gənclərin təqdimatında” adlı tədbir keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, Qərb Universitetinin müəllim-tələbə heyəti və gənclər təşkilatları heyəti iştirak edib. Qərb Universitetinin dosenti Afaq Həsənova bildirib ki, artıq 16 ildir Qərb Universitetində Gender Araşdırmaları Mərkəzi fəaliyyət göstərir. Mərkəzin missiyası Azərbaycan cəmiyyətinə yeni olan gender üsulunun yayılması və inkişafı, həmçinin bu üsulun elmi tədqiqatlara və tədris proqramlarına inteqrasiya olunmasından ibarətdir.

Qərb Universitetinin tələbələri “forum-teatr” üslubunda "Gənc ailələrdə gender problemləri – Selektiv abort”, "Azərbaycan ailəsində gender istiqamətinin xüsusiyyətləri – Xaricdə təhsil və qızlar” və "Erkən nikahlar” mövzusunda səhnəciklər təqdim ediblər. Sonda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən forum-teatrda iştirak edən Qərb Universiteti tələbələrinə sertifikatlar təqdim edilib.

image description image description image description image description image description