Milli Məclis 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət ünvanlayıb. Milli Məclis 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

Milli Məclisdən dünya azərbaycanlılarına - Müraciət

Milli Məclis 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, müraciətdə bildirilir ki, Azərbaycanın dünyada söz sahibi olması dünyada yaşayan soydaşlarımızın qəlbini fərəh hissi ilə doldurur.

Qeyd olunur ki, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli dünya azərbaycanlılarının birgə səyindən asılıdır: "Yalnız dünya azərbaycanlılarının birgə səyləri dövlətimizin inkişafına mane olan bu problemi aradan qaldıra bilər".

Müraciətdə vurğulanır ki, dünya azərbaycanlılarının bir vəzifəsi də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunmasıdır və bu, dünya azərbaycanlılarının birliyindən asılıdır.

Müraciətdə milli mənəvi dəyərlərin qorunmasına çağırış edilib.

Daha sonra Milli Məclisin spikeri Oqtay Əsədov deputatlar adından Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib və uğurlar arzulayıb.

AzNews.az