Sabah respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Sabah respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Sabah qar yağacaq? - Proqnoz

Sabah respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 1-4° isti, gündüz 5-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.