- Paytaxt
- 13:36
- 1 652
"Şəms 1" və "Qərbi Üfüq" GES-ləri üzrə müqavilələr imzalanıb
Energetika Nazirliyi Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə "Şəms 1" Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə "CEI Nakhchivan" MMC, həmçinin 25 MVt gücündə "Qərbi Üfüq" Günəş Elektrik Stansiyası layihəsi üzrə "Enerso" MMC ilə investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyəqoşulma müqavilələr imzalayıb.
AzNews.az xəbər verir ki, bunu nazir Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Ümumi investisiya dəyəri 60 milyon manatdan çox olan bu layihələr Naxçıvanın yaşıl enerji zonası kimi inkişafı istiqamətində özəl investisiyalar hesabına atılan mühüm addımdır", - o vurğulayıb.