Rövnəq Abdullayev “ATV international” telekanalını alıb

İki aya yaxındır ki, "ATV international" kanalı ATV-nin tabeçiliyindən alınaraq "SOCAR"a verilib.

Qısa müddət ərzində kanalın Nobel prospektində yeni binaya köçürüləcəyi gözlənilir. Mənbənin verdiyi məlumata görə, kanalın adı dəyişdirilərək SOCAR TV adlandırılacaq. Artıq iki aydır ki, "ATV international" kanalının əməkdaşları əməkhaqqı və sosial sığorta ilə bağlı məsələləri SOCAR TV ilə həll edirlər. /publika.az/