- Köhnə - Cəmiyyət
- 12 Yanvar 2017 11:42
- 5 008
Türkiyə vətəndaşlığı almaq üçün - 4 şərt
"Türkiyə vətəndaşlığını almaq haqqında" qanuna dəyişikliklər edilib.
Trend-in məlumatına görə, dəyişikliklərə əsasən bu şərtlərdən birini yerinə yetirən əcnəbi şəxslər Türkiyə vətəndaşlığına qəbul edilə bilər:
- 3 il ərzində satmamaq şərtilə ən azı 1 milyon dollar dəyərində daşınmaz əmlak alan;
- Ən azı 2 milyon dollar dəyərində sabit sərmayə yatıran;
- Türkiyədə fəaliyyət göstərən banklarda 3 il toxunmamaq şərtilə ən azı 3 milyon dollarlıq hesab açan və ya 3 il saxlamaq şərtilə bu dəyərdə qiymətli kağızlar alan;
- Ən azı 100 nəfərlik iş yeri açan əcnəbilər.
AzNews.az